media-2026_11_19_11_51_43cekthfbm95d7ahd0bahe_file_1795075635

“Kontakt Home” şirkətinin baş direktoru Həsən İsrafilzadə inzibati qaydada məsuliyyətə cəlb olunub.

ERAmedia xəbər verir ki, buna şirkətə məxsus mağazaların birində çalışan işçini pişik dişləməsi səbəb olub.

Xəstəxanada işçiyə tibbi yardım göstərilsə də, şirkət tərəfindən istehsalatda baş verən hadisə ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinə məlumat verilməyib.

Dövlət Xidməti Həsən İsrafilzadəyə hadisə ilə bağlı izahatların verilməsinin təmin olunması ilə bağlı məktub göndərsə də, xəbərdarlıq nəticəsiz qalıb.

Buna görə də “Kontakt Home”un baş direktoru İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə təqsirli bilinib, o, 2000 manat cərimə olunub.

Qeyd edək ki, Həsən İsrafilzadə həmçinin “Olivia” kosmetika mağazalar şəbəkəsinin qanuni təmsilçisidir. Hər iki şirkətin hüquqi ünvanı eynidir.


media-adspc

Bənzər xəbərlər