İordaniyada hərbi helikopter qəzaya uğrayıb
İordaniyada hərbi təlim zamanı “Black Hawk” helikopterinin qəzaya uğraması nəticəsində 5 hərbçi yaralanıb.
ERAmedia xəbər verir ki, bu barədə İordaniya Silahlı Qüvvələri məlumat yayıb.
Məlumata görə, yaralılardan birinin vəziyyəti ağır, digər dördünün vəziyyəti isə yüngüldür.









