Mbappe Ardanın müqaviləsinə sevindi – “Bu gecə daha yaxşı yatacam”
“Real”ın futbolçusu Kilian Mbappe Arda Gülərin Madrid klubu ilə yeni müqavilə imzalamasına maraqlı şərh verib.
ERAmedia – nın məlumatına görə, o, türkiyəli futbolçunun sözləşmədən paylaşdığı fotoya şərh yazıb.
Mbappe Ardanın 2032-ci ilə qədər “Real”la müqavilə imzalamasına sevindiyini bildirib: “Sağ ol. Bu gecə daha yaxşı yatacam” – deyə fransalı forvard şərh yazıb.











