media-17950314402523654237_1200x630

Naxçıvan Dövlət Universiteti ilə muxtar respublikanın Mədəniyyət Nazirliyi arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandumu universitetin rektoru, dosent Elbrus İsayev və mədəniyyət nazirinin müavini, nazir vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən Fazil Məmmədov imzalayıblar.

ERAmedia-ya NDU-nun Media və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, sənəd iki qurum arasında tədris, təlim, elmi-tədqiqat və digər istiqamətlərdə əməkdaşlığın qurulmasını və inkişaf etdirilməsini nəzərdə tutur.

Memoranduma əsasən, Mədəniyyət Nazirliyi tərəfindən NDU tələbələri üçün təcrübə proqramları təşkil ediləcək, aktual mövzular üzrə birgə elmi-tədqiqatlar aparılacaq, innovativ layihələr hazırlanacaq və həyata keçiriləcək. Həmçinin tərəflərin iştirakı ilə forum, konfrans, seminar, dəyirmi masa və digər elmi tədbirlərin keçirilməsi, əməkdaşların və tələbələrin bilik və bacarıqlarının artırılmasına yönəlmiş təlim və kursların təşkili nəzərdə tutulur. Əməkdaşlığın istiqamətlərinin əlaqələndirilməsi və birgə fəaliyyətin təşkili məqsədilə tərəflər arasında işçi qrupları da yaradılacaq.

Beş il müddətinə imzalanan memorandum qarşılıqlı maraq doğuran sahələrdə birgə fəaliyyətin genişləndirilməsinə, universitetlə mədəniyyət müəssisələri arasında əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edir.


media-adspc

Bənzər xəbərlər