media-gemini_generated_image_qgghpqqgghpqqggh
Bakı metrosunda “28 May” və “Nizami” stansiyaları arasında inşa edilən iki yeni tuneldə qazıntı işləri davam edir.
ERAmedia xəbər verir ki, “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədovun sözlərinə görə, hər birinin uzunluğu 211 metr olan tunellərdə işlər plana uyğun aparılır.
Onun sözlərinə görə, tunellərdən birində qazıntı işləri artıq 40 metrdən çox, digərində isə 30,5 metr məsafədə tamamlanıb.
B.Məmmədov bildirib ki, tunellərdən birində mürəkkəb geoloji və hidrogeoloji şəraitlə qarşılaşsalar da, bu, işlərin qrafikə uyğun davam etməsinə mane olmayıb. Hazırkı plana əsasən, xətlərin birləşdirilməsi nəzərdə tutulan müddətdə başa çatdırıla bilər.
Qeyd edək ki, avqustun 15-dən Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsi çərçivəsində “28 May–Nizami” stansiyaları arasında sərnişindaşıma dayandırılıb. Bu qərar paytaxtda ictimai nəqliyyatda ciddi sıxlıq və gecikmələrə səbəb olub.

media-adspc

Bənzər xəbərlər