media-din-810x456

Oktyabrın 31-də və noyabrın 1-də ölkə ərazisində qeydə alınan 66, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması polis tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  ERAmedia – ya verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 83, o cümlədən borclu şəxs qismində axtarışda olan 51 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Eləcə də ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 8 nəfər, dələduzluğa görə axtarışda olan 10 nəfər aidiyyəti üzrə təhvil verilib.

Eyni zamanda, narkotiklərlə əlaqəli 22 fakt müəyyən edilib. Ümumi çəkisi 5,7 kiloqram narkotik vasitə aşkar olunaraq götürülüb.

Həmçinin qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib. Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 4 tüfəng və 1 patron darağı aşkar edilərək götürülüb.

Cinayət törətməkdə şübhəli bilinən 63 nəfər saxlanılıb.


media-adspc

Bənzər xəbərlər