Xankəndi Stadionu açılışa hazırdır
İşğaldan azad edildikdən sonra yenidən qurulan və müasir görkəm alan Xankəndi Stadionu istifadəyə verilməyə hazırdır.
ERAmedia xəbər verir ki, “Xankəndi” klubu ev oyunlarını məhz bu stadionda keçirməsi gözlənilir.
Qeyd edək ki, stadionun inşasına 1955-ci ildə başlanılıb və 1956-cı ildə istifadəyə verilib. Stadion ilk dəfə İosif Stalinin adı ilə adlandırılıb. Bir neçə il sonra İosif Stalinin adı “Stepan Şaumyan adına mərkəzi stadion” adı ilə əvəzlənib. 1991-ci ildən şəhərin tarixi adı qaytarıldıqdan sonra stadion “Xankəndi şəhər stadionu” adlandırılıb.










