media-payiz-fesli_50qcenat-5

Azərbaycanda noyabrın 3-nə gözlənilən hava şəraiti açıqlanıb

ERAmedia-ya Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək.

Havanın temperaturu gecə 11-14, gündüz 18-23 dərəcə isti olacaq. Atmosfer təzyiqi 766 millimetr civə sütunundan 763 millimetr civə sütununa enəcək. Nisbi rütubət gecə 75-80, gündüz 60-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 11-16, gündüz 19-24, dağlarda gecə 5-10, gündüz 12-17 dərəcə isti olacağı ehtimal edilir.


media-adspc

Bənzər xəbərlər