media-xuvootmkvqiwlozrbzo3y6gmxkgpwjobbnervhdr_1200

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən DOST Rəqəmsal İnnovasiyalar Mərkəzində Rəqəmsal kommunikasiya şöbəsinə yeni müdir təyin olunub.

ERAmedia xəbər verir ki, bu vəzifəyə tanınmış aparıcı Günel Qədimova təyinat alıb.

“Artıq peşəkar fəaliyyətimi DOST Rəqəmsal İnnovasiyalar Mərkəzində Rəqəmsal kommunikasiya şöbəsinin müdiri vəzifəsində davam etdirirəm” , – deyə G.Qədimova bildirib.

Qeyd edək ki, bir neçə gün əvvəl “Xəzər Xəbər”in aparıcısı Günel Qədimova kanalla yollarını ayırdığını qeyd etmişdi.


media-adspc

Bənzər xəbərlər