media-photo_5472058811129471281_y

Bu gün Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra ilk rəsmi oyun keçiriləcək.

ERAmedia xəbər verir ki, sözügedən arenada I Liqanın “Xankəndi” – “Karvan-Yevlax” oyunu baş tutacaq.

VIII turun qarşılaşmasını baş hakim Kamranbəy Rəhimov idarə edəcək.

Yevlax təmsilçisi turnir cədvəlində 13 xalla dördüncü, ev sahibləri isə 6 xalla yeddinci sırada yer alıblar.

Xatırladaq ki, Xankəndi Stadionunun əsaslı yenidənqurmadan sonra açılışı noyabrın 7-də baş tutub. Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib. /Report/


media-adspc

Bənzər xəbərlər