media-avtobus_yeni_1_1794488661

Yol hərəkəti təhlükəsizliyinin təkmilləşdirilməsi işləri ilə əlaqədar noyabrın 20-də gecə saatlarında Hava limanı şosesindən metronun “Koroğlu” stansiyası istiqamətində, Zığ döngəsi, Bülbülə-Əmircan döngəsi və “Komsomol” dairəsi ərazilərində, noyabrın 22-də isə gecə saatlarında metronun “Koroğlu” stansiyasından hava limanı istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.

ERAmedia-ya Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, məhdudiyyət səbəbindən noyabrın 20-si saat 00:00-dan 06:00-dək 6 müntəzəm marşrutun hərəkət sxemi dəyişdiriləcək.

– H1 nömrəli avtobuslar şəhər istiqamətində Zığ şosesi – 8 Noyabr prospekti – Afiyəddin Cəlilov küçəsi – Puşkin küçəsi ilə;

– 140 və 150 nömrəli avtobuslar Zığ şosesi – Gəncə prospekti – Qara Qarayev prospekti ilə;

– 163, 189 və M8 nömrəli avtobuslar Mübariz İbrahimov, Əsildar Məmmədəliyev, Asif Əsədullayev, Yavər Əliyev və Bəşir Bünyadov küçələri ilə hərəkət edəcək.

Noyabrın 22-si saat 00:00-dan 05:45-dək 6 marşrutun hərəkəti yenidən alternativ küçələrlə təşkil ediləcək.

– 140, 150 və H1 nömrəli avtobuslar Bakıxanov qəsəbəsi, Elşən Mehdiyev küçəsinə daxil olmaqla Yavər Əliyev, Səttar Bəhlulzadə, Xanlar Ələkbərov, İmadəddin Nəsimi və Əli İsaqzadə küçələri ilə;

– 163, 189 və M8 nömrəli avtobuslar Bakıxanov qəsəbəsi, Elşən Mehdiyev küçəsinə daxil olmaqla Yavər Əliyev, Asif Əsədullayev küçələri ilə hərəkət edəcək.


media-adspc

Bənzər xəbərlər