Noyabrın 22-si matəm elan edilib
Gürcüstan hökumətinin qərarı ilə noyabrın 22-si matəm günü elan edilib.
ERAmedia xəbər verir ki, Tbilisinin Kvemo Poniçala qəsəbəsində yaşayış binasının uçması nəticəsində biri azyaşlı omaqla 6 nəfər həlak olub, 5 nəfər isə xəsarət alıb.
Hökumətin qərarı ilə həmin gün Gürcüstanın bütün ərazisində dövlət bayraqları yarıya endiriləcək.









