media-6

Şimal Regional Mərkəzinin təşkilatçılığı ilə Qusar rayonunda yerləşən “Deluxe Park Qusar Resort & Spa” hotelində təlim keçirilib.

ERAmedia xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda keçirilən təlimə FHN-in Şimal Regional Mərkəzi, Dövlət Yanğından Mühafizə və Dövlət Yanğın Nəzarəti xidmətlərinin müvafiq canlı qüvvə və texnikası cəlb edilib.

Təlimin keçirilməsində məqsəd fövqəladə hadisələrin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsi, müəssisə heyətinin fövqəladə hallar zamanı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılması olub.


media-adspc

Bənzər xəbərlər