AzTV-də ciddi dəyişikliklər gözlənilir
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-yə aid olan televiziyalarda həyata keçirilən dəyişikliklərlə bağlı yayılan dezinformasiyalar, xüsusən də kanalların loqoları həqiqəti əks etdirmir”.
ERAmedia xəbər verir ki, bu barədə AzTV məlumat yayıb.
“Yaxın zamanlarda ciddi format və qrafika, texniki və studiya dəyişiklikləri olacaq, xüsusən də AzTV kanalı yeni formatda yayımlanacaq və bu proses baş verəndən sonra ictimaiyyətə daha geniş məlumat veriləcək. Lakin buna qədər həmkarlarımızdan dəqiqləşdirilməyən məlumatlardan, xüsusən də yanlış loqolardan istifadə etməməyi xahiş olunur” deyə, məlumatda qeyd olunub.










