media-baxtiyar

2013-cü ildən Azərbaycan maliyyə bazarında fəaliyyət göstərən BOKT “International” ASC-nin İdarə Heyəti sədrinin müavini – Baş Biznes inzibatçısı vəzifəsinə Bəxtiyar Bəxtiyarov təyin edilib.

ERAmedia xəbər verir ki, 40 filialı və 500 əməkdaşı olan təşkilat ölkənin müxtəlif regionlarında fərdi müştərilərə və biznes subyektlərinə maliyyə xidmətləri göstərir.

Bank və maliyyə sektorunda 2008-ci ildən çalışan Bəxtiyar Bəxtiyarov 16 ildən artıq AccessBank-da fəaliyyət göstərib, Nərimanov filialının müdiri vəzifəsini icra edib. Daha sonra Unibank KB-də Mikromaliyyə departamentinin şöbə müdiri və Satış Mərkəzinin rəhbəri kimi çalışıb.

Onun peşəkar təcrübəsi biznes strategiyası, mikro və KOB maliyyələşdirilməsi, kredit portfelinin və risklərin idarə olunması, satış sistemlərinin qurulması və təşkilati inkişaf istiqamətlərini əhatə edir. Eyni zamanda, 2012-ci ildən biznes və idarəetmə üzrə təlimçi-konsultant kimi fəaliyyət göstərib.

Bəxtiyar Bəxtiyarov Dövlət İdarəçilik Akademiyasını və UNEC-in magistratura pilləsini fərqlənmə ilə bitirib, Boğaziçi Universitetinin Mini MBA proqramını uğurla tamamlayıb. Həmçinin beynəlxalq universitetlərin strategiya, liderlik və biznesin idarə edilməsi üzrə peşəkar inkişaf proqramlarının sertifikatlarına və IPMA C səviyyəli layihə idarəetməsi sertifikatına malikdir.

Yeni vəzifəsində onun əsas fəaliyyət istiqamətləri biznes strategiyasının icrası, kredit portfelinin dayanıqlı inkişafı, satış və əməliyyat effektivliyinin artırılması, biznes proseslərinin təkmilləşdirilməsi və insan kapitalının inkişafı olacaq.


media-adspc

Bənzər xəbərlər