media-1730539702-1727954631_1725465331-media_bna_avtobus_marsurut_1umsltw3yh6rpxzv5aqj1722330052-768x403

Bakının Puşkin küçəsinin Xaqani küçəsi ilə kəsişməsindən Nizami küçəsi ilə kəsişməsinədək olan hissəsində 11 marşrut üzrə avtobusların bəzi dayanacaqlarda saxlaması müvəqqəti dayandırılacaq.

ERAmedia-ya bu barədə Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, aparılan təmir işləri ilə əlaqədar həmin yol sahəsində yerləşən dayanacaqlarda sərnişinlərin avtobuslara minib-düşməsində çətinliyin yaranacağı nəzərə alınaraq avqustun 10-da 1, 2, 4, 10, 20, 32, 46, 88A, 120, 120E və 125 nömrəli marşrutlar bu dayanacaqlarda saxlamayacaq.

Qeyd olunub ki, avqustun 11-dən etibarən sözügedən marşrutlar əvvəlki qayda ilə sərnişinlərə xidmət göstərəcək.


media-adspc

Bənzər xəbərlər