11 yaşlı Əhəd təyyarədə oxudu - Anar Ələkbərov video paylaşdı
Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov sosial şəbəkə hesabında maraqlı paylaşım edib.
ERAmedia “Qafqazinfo”-ya istinadən xəbər verir ki, o, İsveçrədə Montrö Klassik Musiqi Festivalının 80 illiyi çərçivəsində təşkil edilmiş Azərbaycan Mədəniyyət Günləri ilə bağlı festivaldan qayıdarkən təyyarədə çəkilən görüntüləri “Instaqram” hesabına yerləşdirib.
Videoda 11 yaşlı xanəndə Əhəd Ağayevin ifası Azərbaycan nümayəndə heyəti tərəfindən alqışlanıb və səmimi ortam yaranıb.
Həmin görüntüləri təqdim edirik:









