152 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb
Bu ilin yanvar-avqust aylarında qanunsuz dövriyyədən çıxarılmış 5 ton 992 kq 030,92 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 152 milyon 430 min kimi qiymətləndirilir.
Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının icmalında qeyd edilib.
Qeyd edilib ki, hesabat dövründə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin təşkilatçılığı və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 1041 hektar sahədən yaş kütləsi 294 ton 355 kq olan 2533 279 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilib.