media-ads-728x90
media-can-cdl-exam-spanish_c8a893876a4d1daa
media-ads-728x90

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri üzrə 2024-2025-ci tədris ilində buraxılış və ali məktəblərə qəbul imtahanlarının nəticələrinə əsasən 172 məzun 600 baldan yuxarı nəticə göstərib.

Bu barədə ERAmedia-ya Şəki-Zaqatala Regional Təhsil İdarəsindən məlumat verilib. Qurumun əməkdaşı bildirib ki, buraxılış və qəbul imtahanlarında Şəkinin təhsil müəssisələri üzrə 67, Qəbələ rayonu üzrə 57, Zaqatala rayonu üzrə 22, Balakən rayonunu üzrə 10, Qax və Oğuz rayonlarının hər biri üzrə isə 8 məzun 600-dən yuxarı bal toplayıb.

Regionun təhsil müəssisələri üzrə ən yüksək nəticəni Şəki rayonu Orta Zəyzid kənd Asim Kamil oğlu adına 1 nömrəli tam orta məktəbin məzunu Orxan Abdulsəmədli göstərib. O, buraxılış və qəbul imtahanlarında ümumilikdə 700 bal toplayıb. Qax şəhəri Namiq Allahverdiyev adına 2 nömrəli məktəb-liseyin məzunu Çiçək Hümmətli 697 bal nəticə ilə ikinci olub. Balakən rayonu Amin Novruzov adına Humanitar və texniki fənlər təmayüllü liseyin məzunu Şahin Məmmədov 695 bal, Qəbələ rayonu Daşca kənd tam orta məktəbin məzunu Səmra Mahmudova 692 bal, Oğuz şəhəri Nail İbrahimli adına 3 nömrəli məktəb-liseyin məzunu Gülər Ənsərli 683 bal, Zaqatala şəhəri Şıxəli Qurbanov adına 3 nömrəli tam orta məktəbin məzunu Xanzadə Həsənova isə 678 bal toplayıb.


media-ads-728x90

Bənzər xəbərlər