media-videoedited
media-1760338896548539273_1200x630
media-shehidler_olmez_baner_full

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən oktyabrın 6-12-də icra edilən minatəmizləmə əməliyyatlarına dair məlumat açıqlayıb.

Ötən həftə Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı piyadaəleyhinə 77, tankəleyhinə 100 mina və 1584 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Ötən həftə ərzində 1497,5 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.


media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər