media-1736517109_imtahan_test

2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə keçirilmiş müsabiqənin nəticələrinə əsasən, müəyyən sayda dövlət sifarişli yerlər istifadə edilməmiş qalıb. Müvafiq ixtisaslara ödənişli əsaslarla qəbul olunmuş tələbələr arasında onların topladıqları ballara əsasən dövlət sifarişli boş yerlərə əlavə müsabiqə keçirilib.

ERAmedia xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən bildirilib ki, əlavə müsabiqənin nəticələrinə əsasən bakalavriat səviyyəsi üzrə 1870 tələbə ödənişsiz təhsil almaq hüququ əldə edib. Həmin tələbələrin siyahısı müvafiq tədbir görülməsi üçün ali təhsil müəssisələrinə göndərilib. Bundan əlavə, həmin tələbələrin “Şəxsi kabinet”lərində qeyd olunmuş mobil telefon nömrələrinə bu haqda məlumat göndərilib.


media-adspc

Bənzər xəbərlər