1967-ci ilin Bakısı: Fəvvarələr meydanından nostalji kadr
1967-ci ildə Bakıda çəkilmiş arxiv fotosu şəhərin o dövrə aid yaşıllığını, fəvvarələrini və gündəlik həyatını əks etdirən nadir kadrlardan biri kimi maraq doğurur.
ERAmedia xəbər verir ki, görüntü tanınmış fotoqraf Rəşid Ələsgərov tərəfindən lentə alınıb.
Fotoda fəvvarə ətrafında dincələn insanlar, zəngin gül kompozisiyaları və şəhərin sakit atmosferi əks olunub.
Arxiv görüntüsü paytaxtın ötən əsrin 60-cı illərindəki memarlıq və landşaft xüsusiyyətlərini, eləcə də həmin dövrün şəhər həyatını əyani şəkildə nümayiş etdirir.
Əli Fərhad









