media-whatsapp-image-2026-07-16-at-10-36-53

1990-cı il martın 27-də Gəncə şəhərində Azərbaycan tarixinin görkəmli simalarından olan Cavad Xanın xatirəsinə həsr edilən əlamətdar hadisə baş verib.

ERAmedia xəbər verir ki, sovet hakimiyyəti illərində dağıdılmış məzardan əldə edilərək uzun müddət gizli şəkildə qorunan Cavad Xana aid qalıqlar və qəbir daşı yenidən dəfn olunmaq üçün şəhərin Cümə məscidinin ərazisinə gətirilib.

Məlumata görə, Cavad Xanın məzarı sovet dövründə məhv edilsə də, 1962-ci ildə aparılan tikinti işləri zamanı üzə çıxan sümüklər və qəbir daşı yerli sakinlər tərəfindən gizli şəkildə mühafizə olunub. Bununla da tarixi irsin tamamilə yox edilməsinin qarşısı alınıb.

1990-cı ilin martında Gəncə sakinləri böyük izdihamla Cavad Xanın qalıqlarını çiyinlərində daşıyaraq bir neçə kilometr məsafə qət ediblər. Daha sonra qalıqlar şəhərin tarixi Cümə məscidinin həyətində torpağa tapşırılıb.

Bu hadisə təkcə bir dəfn mərasimi deyil, həm də Azərbaycan xalqının öz tarixi şəxsiyyətlərinə, milli yaddaşına və dövlətçilik irsinə ehtiramının rəmzi kimi qiymətləndirilir. Cavad Xan Gəncə xanlığının son hökmdarı olaraq 1804-cü ildə şəhərin müdafiəsi uğrunda döyüşdə həlak olub və Azərbaycan tarixində mübarizlik simvollarından biri kimi yadda qalıb.

media-whatsapp-image-2026-07-16-at-10-36-53


media-adspc

Bənzər xəbərlər