media-17682984864256459279_1200x630

Prezident İlham Əliyev Tərtər elektromexanika zavodunun yenidənqurmadan sonra açılışında iştirak edib. Azərbaycanda müdafiə sənayesi qeyri-neft sektorunun aparıcı sahələrdən birinə çevrilməkdədir.

ERAmedia – nın məlumatına görə, bu barədə danışan Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, 2025-ci ildə Azərbaycanda 1,4 milyard manatlıq hərbi təyinatlı məhsul istehsal edib və 20 ölkəyə ixrac reallaşıb.

Onun sözlərinə görə, bu o deməkdir ki, müdafiə sənayesi məhsulları artıq Azərbaycana valyuta gətirir.

“Dünyanın aparıcı müdafiə sənayesi şirkətləri ilə birgə müəssisələr qurulan Azərbaycanda istehsal proseslərinin milli və beynəlxalq standartlara uyğunlaşdırılaraq keyfiyyətə nəzarət laboratoriyaları yaradılıb. Bu da ixrac imkanlarının genişlənməsinə şərait yaradır.
Son 2 ildə Azərbaycan müdafiə sənayesinə 588 milyon dollar həcmində sərmayə qoyulub. Yaxın illərdə Azərbaycan müdafiə sənayesi məhsullarının illik ixracatının 1 milyard dollara çatdırılması hədəflənir”, – deyə o qeyd edib.

Deputat vurğulayıb ki, hazırda dünya müdafiə sənayesinin həcmi 473 milyard dollar qiymətləndirilir.

“Tələbin artması səbəbindən bu rəqəmin 2030-cu ilədək 1 trilyon dollaradək yüksələcəyi gözlənilir. Bu isə o deməkdir, yaxın illərdə Azərbaycan müdafiə sənayesi qeyri-neft ixracatında əsas drayverlərdən birinə çevriləcək”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Mələk Onur


media-adspc

Bənzər xəbərlər