200.000 manata yaxın pul mənimsəyən dələduz
Sosial şəbəkələrdə vətəndaşları aldadaraq pullarını mənimsəyən 30 yaşlı Rəsul Həsənov saxlanılıb.
ERAmedia xəbər verir ki, Rəsul Həsənov xəstə, müalicəyə ehtiyacı olan körpələrin foto və video görüntülərini “Instagram”da yaratdığı “Zəhra balama yardım”, “Körpə balama dəstək”, “Əli üçün yardım”, “Yusif serebral iflic” və s. səhifələrdə paylaşaraq camaatdan böyük məbləğdə pul yığıb.
Onun ümumilikdə 200.000 manata yaxın pul vəsaitini mənimsədiyi məlum olub. Araşdırma aparılır…










