media-1740986266-1733821370_1718968509_1718100414pul-768x403
media-bant_master

Prezident İlham Əliyevin “Aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında” imzaladığı sərəncam bir daha təsdiq edir ki, dövlətin sosial siyasətində əsas prioritet vətəndaşların rifahının yüksəldilməsi və sosial təminat mexanizmlərinin daha da gücləndirilməsidir.

ERAmedia xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

Deputat sərəncamın icrası ilə bağlı ona ünvanlanan sualları qısa olaraq cavablandırıb:

“Sərəncam hazırda aktiv ünvanlı sosial yardım alan ailələlərə şamil olunacaq. Yəni, hazırda sözgüdən proqramın iştirakçısı olanlar həmin yardımı almaq imkanına malik olacaqlar. Bu isə o deməkdir ki, yardımlar 76 min ailəyə şamil olunacaq”, – deyə o qeyd edib.

Yardımlar necə ödəniləcək? Bu suala cavab verən deputat bildirib ki, yardımların alınması üçün hər hansı yeni karta ehtiyac yoxdur:

“Ünvanlı sosial yardım alan ailələrin mövcud kartlarına pulun ödənilməsi həyata keçiriləcək”.

“Yardımların alınması üçün hara müraciət etməli?” sualına cavab verən V.Bayramov qeyd edib ki, yardımların təyinatı və ödənilməsi proaktivdir.

“Bu o deməkdir ki, mövcud elektron baza əsasında yardımların kartlara ödənilməsi reallaşacaq, – deputat deyib.

Digər sosial proqramlarda iştirak edənlər bu yardımı ala bilərlərmi?

“200 manatlıq birdəfəlik maddi yardım yalnız ünvanlı dövlət sosial yardımı alan ailələrə şamil olunur.

Ünvanlı sosial yardıma müraciət edən, amma hələlik yardım təyin olunmayan ailələrə 200 manat ödəniləcəkmi?

200 manatlıq birdəfəlik maddi yardım ünvanlı dövlət sosial yardımı artıq təyin olunmuş ailələrə şamil olunur”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Vural Həsənoğlu


media-adspc

Bənzər xəbərlər