media-b3541262-7420-4703-9aaa-156da70968d8

Keçmişdən günümüzə qədər ölkələr öz təhlükəsizliklərini həm hava, həm də quru qüvvələri ilə təmin etməyə böyük önəm verirlər. Bu məqsədlə hərbi potensiallarını artırmaq üçün milyardlarla dollar xərclənir.

Lakin dünya üzrə bu yarışın tam kənarında qalan, hətta müntəzəm ordusu belə olmayan ölkələr də mövcuddur.

ERAmedia ordusu olmayan ölkələrin siyahısını təqdim edir:

ANDORRA

Müdafiə Fransanın və İspaniyanın məsuliyyətindədir.

ARUBA

Müdafiə Hollandiya Krallığının məsuliyyətindədir.

SENT LÜSİYA

Karib Regional Təhlükəsizlik Sistemi (RSS) üzvüdür.

FOLKLAND ADALARI

Müdafiə Birləşmiş Krallığın məsuliyyətindədir.

KUK ADALARI

Müdafiə Avstraliyanın məsuliyyətindədir.

DOMİNİKA

Ordu 1981-ci ildə ləğv edilib, Karib Regional Təhlükəsizlik Sistemi (RSS) üzvüdür.

MONTSERRAT

Müdafiə Birləşmiş Krallığın məsuliyyətindədir.

FRANSIZ POLİNEZİYASI

Müdafiə Fransanın məsuliyyətindədir.

QRENADA

Ordu 1983-cü ildə ləğv edilib, Karib Regional Təhlükəsizlik Sistemi (RSS) üzvüdür.

HONK-KONQ

Müdafiə Çin Xalq Respublikasının məsuliyyətindədir.

İSLANDİYA

Müdafiə NATO-nun, xüsusilə ABŞ, Norveç və Danimarkanın məsuliyyətindədir.

KİRİBATİ

Konstitusiya hərbi müdaxiləni qadağan edir. Müdafiə yardımı Avstraliya və Yeni Zelandiya tərəfindən təmin edilir.

KOSTA-RİKA

Ordu 1948-ci ildə ləğv edilib. ixtisaslaşmış polis birimləri ABŞ və Kolumbiya tərəfindən təlimləndirilir.

LİXTENŞTEYN

Ordu 1868-ci ildə ləğv edilib, zərurət yarandıqda İsveçrə və Avstriyadan yardım alınır.

MAKAO

Müdafiə Çin Xalq Respublikasının məsuliyyətindədir.

MARŞALL ADALARI

Konstitusiya hərbi müdaxiləni qadağan edir. Müdafiə ABŞ tərəfindən təmin edilir.

MONAKO

Müdafiə Fransanın məsuliyyətindədir.

MİKRONEZİYA

Ordu yaradılmayıb. Müdafiə ABŞ-ın məsuliyyətindədir.

PANAMA

Ordu 1990-cı ildə dağıdılıb, 1994-cü il konstitusiyası ilə tamamilə ləğv edilib. Məhdud sayda yarı-hərbi xüsusi birim mövcuddur.

VATİKAN

Daxili təhlükəsizlik İsveçrə qvardiyası və polis tərəfindən təmin olunur, müharibə zamanı isə müdafiə İtaliya ordusuna həvalə olunacaq.


media-adspc

Bənzər xəbərlər