media-1716578381_1653930979_img-20220530-wa0015

İşğaldan azad olunmuş ərazilərin yenidənqurulması və bərpası ilə bağlı xərclərin (Böyük qayıdış I Proqramının layihəsi) 2027-2030-cu illərdə 13 milyard 300 milyon manat təşkil edəcəyi proqnozlaşdırılır ki, bunun da əsaslı xərclərdə xüsusi çəkisi 24,3 faizdir.

ERAmedia Maliyyə Nazirliyinin 2027-2030-cu illər üzrə Ortamüddətli büdcə çərçivəsinə istinadla xəbər verir ki, 2027-ci il üçün dövlət büdcəsinin əsaslı xərcləri çərçivəsində bir sıra strateji əhəmiyyətli tədbirlərin (“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”, “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı” və s. dövlət proqramları çərçivəsində) maliyyələşdirilməsi nəzərdə tutulur. Həmçinin ortamüddətli dövrdə dövlət büdcəsinin əsaslı xərclərinin mühüm hissəsini Böyük Qayıdış Proqramının icrası və ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin gücləndirilməsi təşkil edir.


media-adspc

Bənzər xəbərlər