media-1792652155178276310_1200x630

Cari ilin avqust ayından “e-mühasibat” altsistemi vasitəsilə mühasibat uçotunun və maliyyə hesabatlılığının elektronlaşdırılmasına başlanılıb.

ERAmedia xəbər verir ki, bu sözləri maliyyə naziri Sahil Babayev “Rəqəmsal maliyyə ekosistemi: İdarəetmədə yeni mərhələ” adlı konfransda deyib.

O bildirib ki, ilkin mərhələdə 261 dövlət qurumunun nümayəndələri üçün təlimlər keçirilib.

“2026-cı ilin sonunadək 1-2 milyon inventar vahidinin elektron qeydiyyata alınması, 2027-ci ildən büdcədən maliyyələşən bütün təşkilatların mərhələli şəkildə GRP modelinə inteqrasiyası, 2028-ci ilin büdcə layihəsinin isə təxminən 60 faizinin mövcud məlumatlar əsasında avtomatlaşdırılmış qaydada formalaşdırılması imkanının yaradılması hədəflənir”, – deyə nazir qeyd edib.


media-adspc

Bənzər xəbərlər