2030-cu ilədək Çindən Azərbaycan vasitəsilə Avropaya daşımalar 3 dəfə artacaq
“Ortaq dil, din, mədəniyyət, tarix… Biz Azərbaycan-Qazaxıstan münasibətlərindən danışanda bu və digər ortaq məqamlardan tez-tez danışırıq. Baş tutan yüksək səviyyəli qarşılıqlı səfərlər isə münasibətlərin yüksələn xətlə inkişafına və daha çox ortaq layihələrin ərsəyə gəlməsinə səbəb olur. Nəzərə alqmaq lazımdır ki, cəmi iki həftə əvvəl Qəbələdə Türk Dövlətləri Təşkilatının sammitində görüşən iki ölkə lideri bu dəfə Qazaxıstanda müzakirələr apardılar. Səfər zamanı ciddi mesajlar verən dövlət başçıları daha çox Orta Dəhlizin işlək vəziyyətə gətirilməsinə diqqət çəkdi. Bu məqsədlə prezidentlərin iştirakı ilə “Orta Dəhlizin inkişafı” birgə layihəsinin təqdimatı da keçirildi. Çin, Orta Asiya, Cənubi Qafqaz və Avropanı birləşdirən Orta Dəhliz regional və qitələrarası ticarətin möhkəmlənməsində strateji rol oynayır.”
Bu fikirləri ERAmedia-ya açıqlamasında Siyasi şərhçi Araz Balayev deyib.

O bilirib ki: “Bu gün Orta Dəhlizin niyə əhəmiyyətinin artdığı hər kəsə məlumdu. Şimalda Rusiya Ukrayna ilə müharibə aparır. Bu isə daşınan məhsulların təhlükəsizliyi ilə bağlı ciddi problemlər yaradır. Cənub istiqamətində Əfqanıstan, İran, İraq və Suriyada baş verənlər beynəlxalq ticarəti mümkünsüz edir. Belə bir vəziyyətdə Otra Dəhliz alternativ kimi meydana çıxır: həm təhlükəsiz, həm də səmərəli. Bunun nəticəsidir ki, orta dahliz vasitəsilə Azərbaycandan daşımaların həcmi sürətlə artırır. 2030-cu ilədək Çündən Azərbaycan vasitəsilə Avropaya daşımalar 3 dəfə artacaq. Bu isə öz növbəsində layihənin əhəmiyyətini daha da artırır. Azərbaycan bunun üçün ölkə ərazisində infrastrukturu yeniləyir, Qarabağda dəmir yolu və avtomobil yollarını yenidən qurur və yeni hava limanlarını istifadəyə verir. Bundan başqa Ələt limanında Çindən gələcək məhsulları qəbul etmək üçün bütün imkanlar yaradılır.
Azərbaycan Prezidenti Qazaxıstan səfəri zamanı Orta Dəhlizin əsas hissələrindən biri olan Zəngəzur Dəhlizinin açıla biləcəyi tarixi də elan etdi. Dövlət başçısı Azərbaycan ərazisində avtomobil və dəmir yolu əlaqəsi üzrə bütün işlərin gələn ilin ortalarında başa çatdırılacağını dedi. Əslində bu Azərbaycanın layihəyə nə qədər önəm verdiyini göstərir. Ermənistan isə hələ işlərə başlamayıb. Buna görə də Zəngəzur dəhlizinin açılışının 2028-ci ilin sonuna baş tutacağı proqnozlaşdırılır. Azərbaycan vasitəsilə Ermənistana göndərilən yüklərə icazə verilməsinin Qazaxıstanda elan olunması da simvolik məna daşıyırdı. Bununla Azərbaycan Prezidenti Ermənistana sülhün və Orta Dəhlizdə iştirakın nə qədər dəyərli olduğunu göstərmiş oldu” deyən Siyasi şərhçi qeyd edib.









