23 illik etimaddan Xankəndidə ucaldılan bayrağa: Zəfər tarixinin təntənəsi
Düz 23 il öncə, 15 oktyabr 2003-cü ildə Azərbaycan xalqı cənab İlham Əliyevə yüksək etimad göstərdi.
ERAmedia-nın məlumatına görə, bunu Milli Məclisin deputatı Tahir Mirkişili bildirib.
Deputat qeyd edib ki, həmin tarixi gündən düz 20 il sonra, 15 oktyabr 2023-cü ildə Prezident İlham Əliyev Xankəndidə Azərbaycan bayrağını ucaldıb.
“Bir tərəfdə 23 il öncə xalqına və dövlətinə xidmət etmək üçün and içən Prezident, digər tərəfdə bu 23 il ərzində onun azad etdiyi və zirvələrə qaldırdığı, Zəfərlə tanınan, daim inkişaf edən Azərbaycan dayanır.
Bu zaman kəsiyində illərin fədakar zəhməti, xalqın inamı və dəstəyi, ən əsası isə bir millətin gerçəkləşən ən böyük arzusu var.
Tarixi missiya daşıyan liderliyin ən böyük nəticəsi də məhz budur: xalqın arzusunu onun fəxrlə yaşadığı reallığa çevirmək! Bunu o bacardı.
Cənab İlham Əliyevi tarix hər zaman belə fəxrlə xatırlayacaq!”, – deyə Tahir Mirkişili vurğulayıb.
Vüsalə










