"Kişi Modasında ÜSLUB və DİZAYN" kitabı işıq üzü görüb
Bakı Dövlət Peşə Təhsil Mərkəzində Yüksək Texniki Peşə “Moda dizaynı” ixtisası üzrə təhsil alan III kurs tələbəsi Sultanova Zeynəbin “Kişi Modasında ÜSLUB və DİZAYN” kitabı işıq üzü görüb.
ERAmedia xəbər verir ki, bu, Zeynəbin moda mövzusunda oxuculara, modasevərlərə təqdim etdiyi ikinci kitabıdır. (Digər kitab isə xanımların moda üslubundan bəhs edir…)
Kitabın ərsiyə gəlməsində Peşə Təhsil Mərkəzinin tutoru Əkbərov Sübhan və mentor kimi fəaliyyət göstərən “Moda dizayn” ixtisas fənni üzrə müəllim Nəcəfova Nurlana xanımın xüsusi əməyi olub.
Qeyd edək ki, Zeynəb Sultanova əldə etdiyi uğurlara görə İncəsənət Universitetinin 2-ci kursuna imtahansız qəbul və təhsil almaq hüququ qazanıb.









