media-dc

ABŞ, Kanada və Meksikanın birgə təşkilatçılığı ilə keçirilən futbol üzrə dünya çempionatı sona yaxınlaşır.

ERAmedia xəbər verir ki, bu gecə mundialın bürünc medallarının sahibi bəlli olacaq. Üçüncü yer uğrunda görüşdə İngiltərə və Fransa yığmaları üz-üzə gələcəklər. İyulun 18-dən 19-na keçən gecə Mayamidəki “Hard Rok” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 01:00-da başlayacaq. Qarşılaşmanı venesuelalı FIFA referisi Xesus Valensuela idarə edəcək.

Yarımfinalda Fransa millisi İspaniyaya, İngiltərə yığması isə Argentinaya uduzub.

Qeyd edək ki, DÇ-2026-nın final oyunu iyulun 19-da İspaniya və Argentina yığmaları arasında təşkil olunacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.


media-adspc

Bənzər xəbərlər