3 manatlıq pul nişanı tədavülə buraxılıb?
Sosial şəbəkələrdə dekabrın 1-dən ölkədə yeni 3 manatlıq pul nişanının tədavülə buraxıldığına dair paylaşımlar edilib.
ERAmedia bununla bağlı Mərkəzi Banka sorğu göndərib. Qurumdan bildiriblər ki, bu yalnış məlumatdır, belə pul nişanı tədavülə buraxılmayıb və buraxılması da nəzərdə tutulmur.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti tərəfindən 7 fevral 2005-ci il tarixdə “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” imzalanmış fərmana uyğun olaraq 2006-cı il yanvarın 1-dən etibarən yeni nəsil pul nişanları dövriyyəyə buraxılmışdır.










