media-photo_5382153227089941595_y

Xəzər rayonunda işlədiyi evdən 30 min manatlıq oğurluqda şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə ERAmedia-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, naməlum şəxs rayon ərazisində yerləşən evlərin birindən müxtəlif zamanlarda ümumilikdə 30 min manat dəyərində qızıl-zinət, məişət və geyim əşyaları oğurlayıb. Bu barədə zərərçəkən polisə müraciət edib.

Xəzər RPİ 1-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, həmin evdə çalışan 29 yaşlı N.İbrahimzadə müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.


media-adspc

Bənzər xəbərlər