32 milyon büdcəsi olan serial tamaşaçılarla vidalaşır
Show TV-də bazar ertəsi axşamları yayımlanan “Delikanlı” serialı üçün final qərarı verilib.
ERAmedia xəbər verir ki, baş rollarını Mert Ramazan Demir, Melis Sezen, Salih Bademci və Mina Demirtaşın oynadığı serial qısa sürən ekran həyatı ilə gündəmə gəlib.
“OGM Pictures” imzalı serialın prodüseri Onur Güvenatam idi. Güclü aktyor heyəti və yüksək büdcəsi ilə mövsümün diqqət çəkən layihələri arasında göstərilən “Delikanlı” reytinqlərdə gözlənilən uğuru əldə edə bilməyib.
Yeni mövsümə iddialı başlayan serialın gözləntilərin altında qalmasından sonra erkən final qərarı alınıb.
Türkiyəli jurnalist Birsen Altuntaşın yaydığı məlumata görə, serialda rejissor dəyişikliyi də baş verib. İlk bölümlərdə rejissor kürsüsündə əyləşən Zeynep Günayın 5-ci bölümdə layihədən ayrıldığı bildirilib.
Aybike Ertürkün qələmə aldığı serialın çəkilişləri isə davam edir. Komandanın hazırda 6-cı bölüm üzərində çalışdığı qeyd olunur.
“Delikanlı” təxminən 32 milyon Türkiyə lirəsi büdcəsi ilə son dövrün ən yüksək maliyyətli televiziya layihələri arasında göstərilirdi. Böyük sərmayə qoyulan serialın qısa müddətdə final qərarı alması sektorda da diqqət çəkib.
Məlumata görə, “Delikanlı” 7-ci bölümlə tamaşaçılarla vidalaşacaq.
Vüsalə










