media-17814111703031549694_1200x630

Ağdam rayonunun Qaradağlı kəndində mağazaya ildırım düşməsi nəticəsində baş vermiş yanğın söndürülüb.

ERAmedia xəbər verir ki, yanğının yaxınlıqdakı evə keçməsinin qarşısı alınıb.

Hadisə Ağdam rayonunun Qaradağlı kəndində baş verib. İldırım kənd sakini İbadov Fikrət Soltan oğluna məxsus mağazaya düşüb və yanğın başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin texnikaları və canlı qüvvəsi cəlb edilib. Yanğının yaxınlıqdakı evə keçməsinin qarşısı alınıb.


media-adspc

Bənzər xəbərlər