3x3 basketbol yığmamız 1/4 FİNALDA
Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol yığması Polşanın paytaxtı Varşavada təşkil olunan Dünya Kubokunda 1/4 finala vəsiqə qazanıb.
ERAmedia xəbər verir ki, Ratomir Deliçin baş məşqçisi olduğu kollektiv pley-in mərhələsində Litva ilə üz-üzə gəlib.
Əlavə vaxta gedən oyunda Azərbaycan komandası Litva millisinə 14:12 hesabı ilə qalib gəlib. Yığma sabah 1/4 finalda Almaniya ilə qarşılaşacaq.
Qeyd edək ki, Dünya Kubokunda mübarizəyə A qrupunda başlayan Azərbaycan millisi Madaqaskar (21:13), Çexiya (14:11) və Polşanı (20:13) məğlub edib, Niderlanda isə uduzub – 13:19.









