4 il ardıcıl Olimpiada qalibi oldu, universitetə imtahansız qəbul edildi
23 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Bəşirov Nəsir Bəşir oğlu elm və texnologiya sahəsində qazandığı uğurlarla diqqət çəkir.
ERAmedia “Unikal” -a istinadən xəbər verir ki, Nəsir hələ 6-cı sinifdə informatika fənni üzrə Respublika Fənn Müsabiqəsində bürünc medal qazanaraq uğur yoluna qədəm qoyub. 7-ci sinifdə isə fizika üzrə qızıl medal əldə edib.
8-ci sinifdən etibarən Respublika Fənn Olimpiadalarında iştirak edən Nəsir 4 il ardıcıl olaraq yüksək nəticələr göstərib:
8-ci sinif — gümüş medal
9-cu sinif — qızıl medal
10-cu sinif — gümüş medal
11-ci sinif — qızıl medal
Eyni zamanda, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə keçirilən “İddia Cup” proqramlaşdırma müsabiqəsində gümüş medal qazanan Nəsir beynəlxalq arenada da uğurla çıxış edib. O, “Info 1 Cup” beynəlxalq proqramlaşdırma müsabiqəsində bürünc medal qazanıb, EJOI — Avropa Gənclər
Olimpiadasında isə həvəsləndirici sertifikata layiq görülüb.
Yüksək nailiyyətlərinə görə ali məktəbə müsabiqədənkənar qəbul hüququ qazanan Nəsir təhsilini ADA Universitetinin “Kompüter elmləri” ixtisası üzrə davam etdirməyi planlaşdırır.









