media-e8400252-b328-4db0-9423-39ec8b8d00cd

1981-ci ilin may ayında Sumqayıtda çəkilmiş “Son zəng” fotosu illər sonra yenidən diqqət mərkəzinə gəlib.

ERAmedia xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan arxiv foto 1981-ci il mayın 25-də Sumqayıtda keçirilən “Son zəng” tədbirinə aiddir.

Babur İsamov tərəfindən lentə alınmış şəkildə müəllimlər və şagirdlər məktəbin qarşısında xatirə şəkli çəkdiriblər. Fotoda dövrün məktəb geyimləri, şagirdlərin əlindəki güllər və bayram ab-havası aydın şəkildə əks olunub.

Paylaşım qısa zamanda çoxsaylı istifadəçilərin marağına səbəb olub. Bir çoxları fotonun sovet dövründə keçirilən “Son zəng” mərasimlərinin ab-havasını və həmin illərin məktəb həyatını əks etdirdiyini qeyd edərək nostalji xatirələrini bölüşüblər.

Qeyd edək ki, sözügedən foto 1981-ci il mayın 25-də Sumqayıtda çəkilib və müəllifi fotoqraf Babur İsamovdur.


media-adspc

Bənzər xəbərlər