media-t5i7fpsutfl78ngyg9pws6wzg5srqm9isor12yeo

Cari ilin iyul ayında Milli Məclis tərəfindən qəbul olunmuş rəqəmsal texnologiyalar sahəsi subyektləri üçün bir sıra vergi və şərait imtiyazlarını nəzərdə tutan qanun layihəsi Azərbaycan Prezidenti tərəfindən Konstitusiyaya uyğun olaraq Milli Məclisə geri qaytarılıb. Ötən dövr ərzində həmin qanun aidiyyəti dövlət organları ilə birlikdə təkrarən müzakirə olunub, təkmilləşdirilərək Milli Məclisin müzakirəsinə təqdim edilib.

ERAmedia xəbət verir ki, bu sözləri Milli Məclisin payız sessiyasının ilk iclasında Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

O qeyd edib ki, qanun layihəsinin yenidən baxılmaq üçün Milli Məclisə qaytarılması onun müddəalarının təkmilləşdirilməsinə, dövlət dəstəyinin hədəflərinin və tətbiq mexanizminin dəqiqləşdirilməsinə imkan yaradıb. Təqdim olunan layihə məhz bu çağırışa cavab verməklə yanaşı, layihənin konseptual mahiyyəti ayrı-ayrı vergi və sosial güzəştlərə tətbiq olunmuş, o rəqəmsal ekosistem üçün vacib olan mütəxəssis, investor, tədqiqat və bazar həlqələrinin vahid təşviq yanaşmasında birləşdirir. Həmçinin innovasiyanın yeni məhsul və xidmətlərə çevrilməsinə şərait yaratmağı hədəfləyir.


media-adspc

Bənzər xəbərlər