"5 yaşım olanda məni sel aparıb" - Xanəndə
“Beş yaşım olanda məni kənddə sel apardı”.
ERAmedia xəbər verir ki, bunu Azərbaycanın Əməkdar artisti İlkin Əhmədov dəvət olunduğu televiziyanın efirində deyib.
Xanəndə bildirib ki, hadisə Cəbrayıl rayonundakı kəndlərində çayın üzərində düzəldilmiş körpünün üzərindən keçərkən olub.
“Bizim kənddən qonşu kəndə gedən yolda çayın üzərində yerli əhali körpü düzəltmişdi. Çayın üzərindən rahat keçmək üçün 2-3 taxtanı yanaşı qoymuşdular. Körpünün üzərindən keçərkən kəndin məndən yaşca böyük olan şuluq uşağı körpünü ləngərlətdi, mən yıxıldım”, – deyə o bildirib.
Xanəndə qeyd edib ki, onu kəndin lap aşağısında xilas edə biliblər. O deyib ki, hadisə zamanı zədələr alıblar.
Bundan əlavə, xanəndə uşaq ikən qaynar samovarın üzərinə aşdığını da açıqlayıb.
Vüsalə









