media-zwyx71vdkvmkflmjeemgv5etockgrf68prhdcv2i_1200

Beynəlxalq Futbol Federasiyası (FIFA) ilə futbol stikerləri istehsalçısı olan “Panini” şirkəti arasında əməkdaşlığa 2030-cu il dünya çempionatından sonra son qoyulacaq.

ERAmedia “euro-football.ru”ya istinadən xəbər verir ki, bu barədə FIFA prezidenti Canni İnfantino açıqlama verib.

Məlumata görə, tərəfdaşlıq 50 ildən artıq müddətdə davam edib. “Panini”nin ilk rəsmi albomu 1970-ci ildə Meksikada keçirilən dünya çempionatı ərəfəsində nəşr olunub. Hazırda həmin albomun qiyməti internet hərraclarında 11 min avroya qədər yüksəlir.

Əməkdaşlığın dayandırılması “Fanatics” şirkəti ilə yeni müqavilənin imzalanması ilə əlaqələndirilir. Bildirilib ki, 2031-ci ildən etibarən FIFA bayrağı altında keçirilən turnirlər üçün kolleksiya məhsullarını məhz bu şirkət istehsal edəcək.

Canni İnfantino qeyd edib ki, yeni tərəfdaşlıq azarkeşlərin futbolla qarşılıqlı əlaqəsini daha yüksək səviyyəyə qaldırmağa kömək edəcək və oyunun inkişafı üçün əlavə gəlir mənbəyinə çevriləcək.


media-adspc

Bənzər xəbərlər