7 iyun Ermənistan seçkiləri: “Olum, ya qalım?”- AÇIQLAMA

Nəinki Ermənistan, həmçinin 7 iyun 2026-cı il parlament seçkilərinin nəticələrinə biganə olmayan ölkələrdə seçkiqabağı qiymətləndirmələr, proqnoz-rəy sorğuları diqqətlə izlənilir.
Bu fikirləri ERAmedia ilə söhbətində Regional təhlükəsizlik məsələləri üzrə ekspert Firuz Novuzov səsləndirib. O, hesab edir ki, qarşıdakı seçkilər Ermənistan elektoratı üçün seçkiöncəsi siyasi atmosferi ilə cəlbedici olsa da, hələlik seçici fəallığına hansısa təsir göstərmir. 2026-cı ilin aprel ayına oan ekspert və sosioloqların situasiya qiymətləndirmələri (Gallup Beynəlxalq Assosiasiyasının sorğuları da daxil olmaqla) mövcud hökumətin populyarlığını qoruduğunu, lakin parlamentdə mütləq əksəriyyəti təmin etmədiyini göstərir.
Müxalifətin hibrid təhdidlər barədə intensiv narahatçılıqları fonunda səsvermənin nəticəsi ilə bağlı ictimai gözləntilərinin fərqli olduğunu səsləndirən ekspert, hazırki situasiyada siyasilərin ölkənin milli təhlükəsizlik məsələlərini “ölüm-qalım” məsələsi kimi təqdim etməsi diqqətçəkəndir.
Ermənistan Mərkəzi Seçki Komissiyasına (MSK) qarşıdakı parlament seçkilərində iştirak üçün hələlik 19 siyasi partiyadan müraciət daxil olub. MSK-ya oxşar qeydiyyat üçün son tarixin mayın 3-ündə olduğunu xatırladan Firuz Novruzov iqtidar partiyasının təmkni ilə müqayisədə, seçkiyə blok və yaxud partiya kimi qatılan müxalifətin bəzən isterik vəziyyətdə elektoratda vahimə yaratmasını onların “taktiki gedişləri” kimi dəyərləndirir. Təmkinli görünən Baş nazir Nikol Paşinyan 7 iyun seçkilərini “xalq üçün köhnələri siyasi səhnədən atmaq üçün unikal fürsətdir” adlandırır.
Ölkənin 3-cü prezidenti, Respublika partiyasının lideri Serj Sarkisyan buna görədir ki, qarşıdakı seçkilərdə iştirak etməyi mənasız sayaraq “tarixi yaddaş, ləyaqət və erməni arzusu naminə parlamentdənkənar qüvvə kimi əhəmiyyətli rolunu qorumağa davam edəcəyini” vurğulayır.
Hazırda öz həyatının “ən çətin məqamlarını yaşayan” Erməni Apostol Kilsəsi və 2-ci prezident Koçaryan və əlbəttə, Rusiya üçlüyünün layihəsi kimi qəbul edilən rusiyalı milyarder, “Paşinyan iqtidarını əbədilik susdurmğın dilini bilən” Güclü Ermənistan partiyasının lideri Samvel Karapetyansa “cəmiyyətdə Kilsənin yerini və rolunu bərpa edəcəyini” vəd edir.
Ermənistan cəmiyyətinin bugünkü qayğısının erməni kilsəsinin çoxarvadlı rəhbəri Ktriç Nersesyanın “yeri və rolu” yox, “insan kimi yaşamaq” olduğunu hələ də dərk etməyən bu qüvvələrin “Nikolun əlinə oynadıqları şəraitdə Gallup Beynəlxalq Assosiasiyası (GIA) apardığı sorğulrının nəticələrini yayıb.
Təşkilatın 1001 respondent arasında apardığı sorğuya görə, seçicilərin 24,3%-i parlament seçkilərində hakim Vətəndaş Müqaviləsi, 13,4%-i Güclü Ermənistan, 7,9%-i Çiçəklənən Ermənistan partiyalarına, yalnız 5,5% faizi isə keçmiş prezident Robert Köçəryanın rəhbərlik etdiyi Ermənistan blokuna səs verməyə hazırdır.
Ural Dəyirmançı









