7 mərtəbəli bina çöküb
Türkiyənin Kocaeli vilayətinin Gebze rayonunda 7 mərtəbəli yaşayış binası çöküb.
ERAmedia bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Binanın anidən çökməsinə nəyin səbəb olduğu hələ ki, məlum deyil. Hadisə yerinə çox sayda xilasedicilər və təcili tibbi yardım briqadaları sövq edilib.
İlk ehtimala görə, dağıntılar altında azı 7 nəfərin olduğu qeyd olunur.










