media-videoedited
media-548241620_1206242164864044_2622380495928795922_n
media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

7 uşağı olan Amil Mustafayev ailəsinin gözəl dolanması haqqında fikirlərini ERAmedia ilə bölüşüb.

“41 yaşım var. Həm həyat yoldaşım Sevda xanım, həm də mən müəllim kimi çalışırıq. Xanımım xanəndəlik üzrə dərs deyir. Biz ailədə 8 qardaş, 5 bacı olmuşuq. Onlardan ikisi rəhmətə gedib, on birimiz sağıq.

7 uşağımızın olmasına çox sevinirik, sağlam balalarımız var. Tərbiyəlidirlər, dərslərini yaxşı oxuyurlar. Ən kiçik övladımın 3, ən böyüyünün isə 13 yaşı var. 4 qızım, 3 oğlum var. Həm məktəbdə dərs deyirəm, həm də təsərrüfatla məşğul oluram. Torpaqda əkirəm, becərirəm. Yoldaşım da işləyir. Heç bir narahatlığımız yoxdur. Bütün qayğıların öhdəsindən gəlirəm. Kənddə şəhərə nisbətən xərclər də az olur. Toyuğumuz, yumurtamız öz təsərrüfatımızdan gəlir. İnəklərimiz var, ətindən yeyirik…”


media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər