media-whatsapp-image-2026-08-06-at-11-18-17

Sosial şəbəkələrdə ötən əsrin 70-ci illərində Bakıda çəkildiyi bildirilən nadir arxiv fotosu maraqla qarşılanıb.

ERAmedia xəbər verir ki, görüntüdə yağışlı hava şəraitində paytaxtın mərkəzi küçələrindən birində gündəlik şəhər həyatı əks olunub.

Fotoda dövrün memarlıq üslubu, küçələrdə hərəkət edən klassik avtomobillər, piyadaların geyim tərzi və şəhərin ümumi atmosferi diqqət çəkən əsas məqamlardandır. Arxiv görüntüsü Bakının illər ərzində keçdiyi inkişaf yolunu və şəhər mühitində baş verən dəyişiklikləri vizual şəkildə nümayiş etdirir.

Məlumata görə, fotonun müəllifi tanınmış fotoqraf Rəşid Ələsgərovdur. Tarixi kadr paytaxtın keçmişini xatırlamaq və həmin dövrün şəhər həyatını yeni nəsilə tanıtmaq baxımından maraqlı vizual material kimi qiymətləndirilir.

Əli Fərhad


media-adspc

Bənzər xəbərlər