media-yol

Paytaxtın Xətai rayonu, 8 Noyabr prospektinin müəyyən hissələrində sentyabrın 14-də saat 09:00-dan etibarən cari təmir işləri həyata keçiriləcək.

ERAmedia-ya bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

İşlərin aparıldığı müddətdə nəqliyyat vasitələrinin hərəkətinə hər hansı məhdudiyyətin tətbiq edilməsi nəzərdə tutulmur.

Sürücülərdən təmir işləri aparılan hissələrdə hərəkət zamanı diqqətli olmaları, yol hərəkəti qaydalarına, müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.


media-adspc

Bənzər xəbərlər