media-owl_detail_620_8e428615b32f402434c1f85e0451027a

1980-ci illərdə populyar olan geyimlər 2026-cı ilin payızında yenidən dəbə minəcək.

ERAmedia xəbər verir ki, bu haqda “Vogue” jurnalının hesabatında bildirilir.

Qeyd olunur ki, rəngli corablar və iri çiyin yastıqcıqlarına malik geyimlər — o cümlədən bir vaxtlar işgüzar qadınların qarderobunun ayrılmaz hissəsi olan pencəklər yenidən dəbə qayıdacaq.

Bundan əlavə, “color-blocking” (rənglərin kontrastlı uyğunlaşdırılması)  və “preppy” (ABŞ-nin elit özəl məktəb və universitetlərinin tələbələrinin geyim tərzindən yaranan klassik, səliqəli və zərif bir modadır) üslublu geyim tərzləri yenidən populyarlıq qazanacaq.


media-adspc

Bənzər xəbərlər