media-ekran-resmi-2022-04-11-165047

Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir. Bu barədə prezident Volodimir Zelenski açıqlama verib.

ERAmedia-nın məlumatına görə dövlət başçısı bildirib ki, rejim gecə saat 12-dən qüvvəyə minəcək və bu müddətdə Ukrayna tərəfi “güzgü prinsipi” ilə hərəkət edəcək. Zelenski həmçinin Rusiyanın elan etdiyi atəşkəs təşəbbüsünə münasibət bildirərək qeyd edib ki, bu günə qədər Ukraynaya rəsmi müraciət daxil olmayıb. O vurğulayıb ki, bu real döyüşlərin dayandırılması üçün imkan yarada bilər.

Yeri gəlmişkən, Rusiya isə 9 may paradı münasibətilə atəşkəs elan edib. Ölkənin Müdafiə Nazirliyi 8-9 may tarixlərində elan olunan atəşkəslə bağlı Ukraynanın eyni addımı atacağına ümid etdiyini açıqlayıb. Nazirlik paradı pozmağa yönəlmiş hər hansı cəhd olacağı təqdirdə Kiyevin mərkəzinə cavab zərbələrinin endirilə biləcəyi ilə bağlı Ukraynanı xəbərdar edib. Eyni zamanda Ukrayna paytaxtında yaşayan mülki şəxslərə və xarici diplomatik nümayəndəliklərin əməkdaşlarına şəhəri tərk etmək tövsiyə olunub.


media-adspc

Bənzər xəbərlər